İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayik Arutyunyan: “Paşinyandan cavab gözləyirəm”

2284 25.04.2023 12:44 Siyasət A A

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsi ilə bağlı Paşinyandan cavab gözləyir.

Musavat.com sfera.az-a istinadən bildirir ki, bu barədə “Hraparak” qəzeti xəbər yayıb. Məqalədə qeyd olunub ki, ötən gün çağırılan “təhlükəsizlik şurası”nın iclasında Arutyunyan sülhməramlı qoşunların rəhbərliyi ilə danışdığını deyib.

Bundan əlavə, Arayik Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının gözlənildiyini söyləyib.

“Paşinyan yalnız bundan sonra ona Moskvanın rəsmi mövqeyini çatdıracaq. Lakin dünən iş gününün sonuna qədər telefon danışığı baş tutmayıb”, deyə nəşr qeyd edib.

“Hraparak” qəzeti həmçinin iddia edib ki, Nikol Paşinyan artıq Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəlib: “Bunu ötən həftə parlamentdə Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı verdiyi bəyanatlar da sübut edir. İndi ikinci mərhələ başlayıb”.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Artıq sözügedən ərazidə Azərbaycan bayrağı ucaldılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR