İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqoniya yaşayan İran rejiminin ikiüzlülüyü - qaçan da “Allah” çağırır, qovan da...

541 15.12.2022 08:40 Gündəm A A

İrandakı hakim repressiv rejimin, xüsusən də SEPAH qüvvələrinin narazı xalqa qarşı qəddarlığı, allahsız davranışı davam edir. Ən eybəcəri odur ki, küçə etirazlarına görə gənc insanlara ağlasığmaz işgəncələr verilməsini, onların edam edilməsini fars rejimi əxlaqsızcasına Allahın adına, dinin tələblərinə bağlayır.

Bu səbəbə İranda rejimin sərtliyi tam əks-nəticə verir. "Sıxılmış yay" effekti yaradır, ictimai etirazı, nifrəti daha da körükləyir. Məsələn, Tehranda tələbələr molla rejiminin aksiyaçıları qorxutmaq məqsədilə həyata keçirdikləri edamlara etiraz olaraq dərslərdən imtina ediblər. Narazılıq həm də gerçək din xadimləri arasında artmaqdadır.

“Edam və repressiyaların Allahın qəzəbindən, xalqın nifrətindən və millətin qəzəb odunun alovlanmasından başqa heç bir nəticəsi yoxdur”.  Bu sözləri Sistan və Bəlucistanın sünni məzhəbli cümə imamı Mövləvi Əbdülhəmid Twitter hesabında yazıb.

“Hökumətdən faktlara baxmağı və xalqın fəryadını eşitməyi xahiş edirəm”.

Qeyd edək ki, Mövləvi gənc etirazçı Əbdül Həmid Möhsün Şikarinin edamı haqda danışarkən “Yalnız yolu bağlayan və bıçaqlanan birinin Quran və şəriət baxımından edamı düzgün deyil” demişdi.

Yeri gəlmişkən, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi bəlucların dini lideri Riqninin qətli ilə bağlı yaydığı başsağlığı mətnində bəzi məqamlara aydınlıq gətirib. O deyib kİ, Mövləvi Əbdülvahid Riqinini oğurlayaraq qətlə yetirən bədxahlar həmvətənlərinin səadətini düşmənlərinin xidmətinə vermiş Rusiya muzdlularıdır. O, cinayət törədənlərin tutulub cəzalandırılacağını vurğulayıb: “Bu cinayəti törədən bədxahlar bəluc soydaşlarının xoşbəxtliyi və İran xalqlarının birliyi düşmənlərinin xidmətində olan rus muzdlularıdır”.

Bəs azərbaycanlı ilahiyyatçılar bu xüsusda nə düşünür? Ümumiyyətlə, İranda 3-cü aya yaxınlaşan etirazların sonu nə olacaq?

Kimsə özünü şərəfə layiq bilmirsə, seçimində azaddır" - 27.07.2016, Sputnik  Azərbaycan

Rəsul Mirhəşimli: “Allahın haqqı olan insana edam cəzası vermək bu haqqa girmək sayılır”

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a dedi ki, həyat hər şeydən əvvəl Allahın haqqıdır, azadlıq isə bir növ həyatdır: “Bu da Allahın haqqıdır. Allahın haqqı olan insana edam cəzası vermək bu haqqa girmək sayılır. İranda həyata keçirilən edam cəzaları daha çox siyasi baxımdan dəyərləndirilə bilər. Bu da Tehran rejiminə etiraza qalxan əhalinin gözünü qorxutmağa hesablanıb. İranda edam cəzası ilə bağlı hökmü çıxaranlar bu qərarlarına "dini əsas" qazandırmazdan əvvəl ilk növbədə İslam tarixində baş verənləri nəzərdən keçirməlidir. Həmin hadisələrdən biri Uhud savaşı ilə bağlıdır. Vəhşi ibn Hərb İslamı qəbul etməmişdən əvvəl müşriklərin sıralarında 625-ci ildə Uhud döyüşünə qatılıb, İslam peyğəmbərinin əmisi Hz. Həmzəni öldürüb. Lakin bir müddət İslam peyğəmbəri Vəhşi ibn Hərbi müsəlman olması üçün dəvət edib və onu bağışlayıb. Məkkənin fəthi zamanı isə atası İslama ən qatı müxaliflərdən olan İklimə bin Əbu Cəhli Allah Rəsulu yanına çağırıb və müsəlman olmasını tövsiyə edib. Bu nümunələrdə bağışlanmağın dinimizdə nə qədər böyük önəm daşıdığı görünür. Məncə, İran rejimi də edam cəzasını tətbiq etməzdən əvvəl etirazlara qalxan vətəndaşlarının tələblərinin nədən ibarət olduğunu, bu tələblərin hansı formada həllinə nail olmağın mümkünlüyünü nəzərdən keçirməlidir".

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlu isə bildirib ki, bu məsələ daha çox nəzəridir: “Modern Avropa Hüququndan fərqli olaraq klassik İslam hüququ, eləcə də digər dinlərə əsaslanan hüquqa nəzər salsaq bəzi məqamlar ortaya çıxır. Misal üçün, yəhudi dini və ya başqa din olsun, orada hüququn mənbəyi Allahdır, yəni İlahi kəlamlardır. İslama görə isə Quran və şəriət. Yəni İslamda bir cəza və ya hökm verilirsə, bunun istinadı, mənbəyi Quran və sünnədir, yaxud da digər şəriət əsaslı qaynaqlardır. Bu mənada İranda edam hökmü və ya hər hansı bir cəza veriləndə burada istinad mənbəyi din, yəni Allah kəlamı və ya onun şərhi əsasında formalaşan hüquqi mətn olur. Ümumilikdə müsəlman ölkələrində din qaynaqlı hüquqi cəzalara Avropadan və ABŞ-dan zaman-zaman tənqidlər var. Küçədə həyata keçirilən edamlar daha çox tənqid olunur. Amma dediyim kimi, mənbə dini kitablardır, buna görə də müsəlman hüquqçuları bu kimi mövzularda güzəştə getmək istəmir”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “İndi İran hakimiyyətinin əlində etirazları yatırmaq üçün yeganə vasitə sərt cəzalardır”

Zahidanın imam-cüməsi Əbdülhəmidin məlum açıqlamasına gəlincə isə ekspert deyib ki, bu şəxs İran iqtidarını sərt şəkildə tənqid edir: “Ümumiyyətlə, İranda din xadimləri xüsusi bir sinif hesab olunur. Onların toxunulmazlığı var, hətta cinayət törədəndə belə onları xüsusi dini məhkəmə mühakimə edir. Bu mənada din xadimlərinin İranda xüsusi immuniteti var. Tənqid edə bilirlər. Mövləvi Əbdülhəmid də rahat şəkildə hazırkı hakimiyyətin sərt cəza tədbirlərini tənqid edir. O ki qaldı İranda iğtişaşlara görə sərt cəzaların verilməsinə, düşünürəm ki, bu, daha çox özünüqoruma instinktidir. İran hakimiyyəti xüsusən də radikallığı ilə seçilən son etirazları yatırmaq üçün sərt addımlara, ağır cəzalara getdi. Hələlik iki nəfər edam olunub. 400 nəfərə isə həbs cəzası verilib. Amma gözlənilir ki, 40 nəfərə yaxın məhkum edam olunacaq. Şirazda Şah Çıraq ziyarətgahına hücum edənlərin də edam olunacağı gözlənilir. Yəni etirazlar daha da zorakılaşdıqca edamların da sayı artacaq. Bu, necə deyərlər, təbii prosesdir. İranda etirazlar 10 il əvvəlkindən daha sərt və radikal olmağa başlayır. Bu isə Tehranı daha sərt olmağa, amansız davranmağa itələyir. Çünki indi İran hakimiyyətinin əlində etirazları yatırmaq üçün yeganə vasitə sərt cəzalardır. Ən azı yaxın dövrdə bu şəkildə etirazlara qoşulanları çəkindirmək üçün”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR