İnsanlara hürriyət, millətlərə istiqlal!

Aprel ayında Çin neft idxalını ciddi şəkildə azaldıb

473 21.05.2024 17:38 Dünya A A

Aprel ayında Çin Rusiyadan orta gündəlik neft idxalını 2,25 milyon barelə qədər azaldıb ki, bu da tədarükün rekord səviyyəyə yaxınlaşdığı martla müqayisədə 11,5 faiz azdır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Baş Gömrük İdarəsi açıqlayıb.

Ümumilikdə Rusiya apreldə Çinə 9,26 milyon ton neft tədarük edib, martda bu göstərici 10,81 milyon ton olub. Pekinin Rusiya nefti üçün xərcləri martda 6,35 milyard dollarla müqayisədə apreldə təxminən 5,7 milyard dollar təşkil edib.

Apreldə Rusiya neftinin Çinə orta gündəlik ixracı bir ay əvvəlki 349 min tona nisbətən 309 min ton təşkil edib.

Çinə ikinci ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, əksinə, keçən ay tədarükləri bir qədər artırıb: martda sutkada 1,48 milyon bareldən apreldə sutkada 1,54 milyon barelə qədər. Krallıqdan Səma İmperiyasına tədarük edilən neftin ümumi həcmi 6,34 milyon ton təşkil edib və Çinin bunun üçün xərcləri 4 milyard dollardan bir qədər çox qiymətləndirilir.

Ümumilikdə, Çin apreldə martda sutkada 49,95 milyon ton və ya 11,55 milyon barellə müqayisədə 42,41 milyon ton və ya 10,88 milyon barel idxal edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR