İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcılar canlı efirdə girov götürüldü - VİDEO, YENİLƏNİB

1110 10.01.2024 01:57 Dünya A A

Ekvador hüquq-mühafizə orqanları TC Televisión telekanalının studiyasında quldurlar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

APA-nın məlumatına görə, bu barədə prezident administrasiyasının rəsmi nümayəndəsi Roberto İsurieta məlumat verib.

***

Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına soxularaq efirdə olan xəbər aparıcılarını girov götürüb.

APA-nın məlumatına görə, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Studiyaya altı maskalı şəxsin girdiyi dəqiqləşdirilir. Videoda onların yerdə uzanmış kanalın əməkdaşlarına silah tuşlaması əks olunub.

Bildirilir ki, studiyada partlayış səsləri eşidilib.

Hücumun görüntüləri canlı yayımlanıb, bundan sonra yayım dayandırılıb.

Ekvador polisi xüsusi təyinatlıların telekanalın ofisinə gəldiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR