İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı canlı yayım zamanı qəzəbləndi: "Şərəfsiz adam..." - VİDEO

9309 01.02.2024 14:52 Gündəm A A

Türkiyənin Beyaz Tv kanalında məşhur aparıcı Nur Viralın aparıcılıq etdiyi “Hayatta Her Şey Var” verilişində bir qadının studiyaya zəng edərək etdiyi etiraf hər kəsi şoka salıb.

Musavat.com xəbər verir ki, aparıcı 5 uşaqlı evli kişi ilə münasibətdə olduğunu bildirən qadının "ərimi sevirəm" deməsinə sərt reaksiya verib.

Aparıcı həmin qadına "O sənin ərin deyil. Sən kimi sevirsən?", -deyə qəzəblənib.

33 yaşlı qadın 64 yaşlı kişi ilə 3 ilə yaxındır ki, münasibətdə olduğunu etiraf edib. Ortaq dostlar tərəfindən tanış olduqlarını deyən qadın eyni evdə qaldıqlarını da bildirib.

Nur Viralın sərt sözlərindən sonra həmin qadın telefonu söndürüb. Aparıcı daha sonra 5 uşaq atası olan kişi ilə bağlı da sərt danışıb. 

“Mən buna dözə bilmirəm. Şərəfsiz adam, bu qadını necə aldada bilirsən?",-deyə Nur Viral bildirib.

Aparıcının verdiyi reaksiya sosial mediada da gündəm olub. 

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR