İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyadan Moskvaya uçan təyyarədə gərgin anlar: Vilnüsə təcili eniş etdi

800 26.05.2024 10:47 Dünya A A

Antalya-Moskva marşrutu üzrə çarter reysi həyata keçirən "Corendon Airlines" şirkətinə məxsus "Boeing B737-8 MAX" təyyarəsi sərnişinin səhhətinin pis olması səbəbindən Vilnüs hava limanına məcburi eniş edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, sərnişin ürəktutması ilə xəstəxanaya yerləşdirilib.

Təyyarə 1,5 saatlıq gecikmədən sonra Moskvaya uçub.

Bildirilir ki, vətəndaşlığı dəqiqləşdirilməyən sərnişin uçuş zamanı özünü pis hiss edib. Əvvəlcə ayaqyoluna girib, çıxanda isə huşunu itirib. Stüardessalar ona ilkin tibbi yardım göstərməyə çalışıblar. Ekipaj Vilnüs hava limanına enmək qərarına gəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR