İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutusu” Böyük Britaniyaya göndərilir

529 07.01.2026 15:14 Dünya A A

Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı aparılan araşdırma beynəlxalq mərhələyə keçib.

Musavat.com xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təyyarənin “qara qutusu”nun Böyük Britaniyada araşdırılacağını açıqlayıb.

Nazirin sözlərinə görə, həm “qara qutu”, həm də uçuş məlumatlarını qeydə alan cihaz ciddi şəkildə zədələnib. Buna baxmayaraq, əsas “qara qutu”nun texniki ekspertiza üçün Böyük Britaniyaya göndərilməsi qərara alınıb.

Rəsmi açıqlamada bildirilir ki, beynəlxalq mütəxəssislərin iştirakı ilə aparılacaq araşdırma qəzanın səbəblərinin tam şəkildə üzə çıxarılmasına xidmət edəcək.

Qeyd edək ki, hadisə regionda aviasiya təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib və araşdırmanın nəticələri böyük maraqla gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR