İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi - FOTO

501 12.12.2023 18:26 Hadisə A A

Bakıda ananın taksidə qoyub getdiyi uşaq körpələr evinə təhvil verilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, körpənin aylar əvvəl uşaq evinə yerləşdirilməsi üçün müraciət olunub:

“Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda ana övladını taksidə qoyaraq qaçmış, uşaq sığınacağa yerləşdirilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR