İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar İsgəndorov: “Bu gün bizə demokratiya dərsi keçmək istəyən avropalıların çoxu...”  

523 24.05.2024 12:16 Siyasət A A

Deputat, tarix elmləri doktoru Anar İsgəndərov 28 May Müstəqillik günü ərəfəsində keçirilən Milli Məclisin iclasındakı çıxışında Azərbaycan parlamentinin şərəfli tarixindən bəhs etdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 350-dən artıq ilkə imza atdı.

 A.İsgəndərov bildirdi ki, o zaman Azərbaycan parlamentinin rəhbərliyi bircə dəfə xaricə səfər etdi, 6 aydan sonra viza alıb, Parisə çatdı. “Parlamentin rəhbəri Əlimərdan bəy Topçubaşov nəhayət, Paris Sülh Konfransında Azərbaycan həqiqətlərini söyləmək üçün söz istədi. Çox təəssüf ki, onun fəaliyyətinə qiymət verilmədi. Amma parlament sədri geri dönmədi, mübarizəsini apardı. Bunun nəticəsində 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransı Ali Şurası Azərbaycanı de-fakto tanıdı.

Tarixçi alim bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlament qısa müddətdə böyük uğurlara imza atıb. Həmçinin qadınlara səsvermə hüququ verib: “Bu gün bizə demokratiya dərsi keçmək istəyən avropalıların çoxu İkinci Dünya Müharibəsindən sonra bu qanunu qəbul etdilər. Bu parlamentdə digər millətlərin nümayəndələri də təmsil olunurdu. Bugünkü Avropa ölkələrinin bəziləri Azərbaycandan nümunə götürməlidir”. Deputat bildirdi ki, bu gün biz müstəqil fəaliyyət göstəririk. Azərbaycan parlamentinin də müstəqil siyasətin yürüdülməsində böyük əməyi var: “Bu uğurların böyük təməli 1918-ci ildə qoyulub”.

A.İsgəndərov spikerə xitabən bildirdi ki, Azərbaycan parlamenti bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni edir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR