İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anam dedi ki, məni sevirsinizsə..." - Samir Bağırov atası ilə küsülü olmasından danışdı

3367 27.12.2025 19:29 Şou-biznes A A

"Atamın bir tərəfi tatardır. Anam isə ukraynalıdır. Buna görə də özümü dünya vətəndaşı hesab edirəm".

Musavat.com xəbər verir ki, bunu tanınmış müğənni Samir Bağırov "Həftənin qonağı" verilişində aparıcı Ülvira Qarayevaya müsahibəsində deyib.

Sənətçinin sözlərinə əsasən, anası uzun müddətdir ki, ABŞ-də yaşayır və onlar 10 ildir yalnız görüntülü zəng vasitəsi ilə ünsiyyət qururlar:

"Biz hər gün danışırıq. Anam mənim birinci fanatımdır. Hər zəngində deyir, onu geyinmə, bunu geyin. O mənim çox ciddi, səliqəli və kostyumlar geyinməyimi istəyir. Sərbəst stildə geyinməyimi xoşlamır. Həmişə aramızda bunun müharibəsi gedir".

Müğənni atası ilə bir müddət əlaqəsinin olmadığını deyib:

"Həmişə normal əlaqəmiz olub. Bir müddət isə əlaqəmiz olmadı. Buna səbəb valideynlərimin ayrılması idi. Anam ilk vaxtlar mənimlə bacıma dedi ki, əgər onu seviriksə, atamızla əlaqə qurmayaq. Sonralar hirsi keçəndən sonra dedi ki, o, sizin atanızdır və bu ayrılığın sizə dəxli yoxdur. Hazırda atamla və onun ikinci həyat yoldaşı ilə çox yaxşı münasibətim var".

Samir Bağırov bacısının Niderlandda yaşadığını bildirib:

"Deyirəm də, biz dünya vətəndaşıyıq. Bacımın ilk həyat yoldaşının bir tərəfi kolumbiyalı, digər tərəfi isə italyan idi. İndi görün bacımın qızı nə qədər millətin qanını daşıyır.

Mən və bacım istedadlı idik. Bizim aramızda 8 yaş fərq var. Uşaqlıqdan onun pianoda ifalarını eşitmişəm. Mən dil açmamışdan qabaq zümzümə etmişəm. Amma valideynlərim musiqiçi olmağımızı istəmirdilər. Atam deyirdi, musiqinin dalınca getmə, sənin kimi milyon müğənni var, kişi sənəti deyil. Bütün həvəsimi öldürürdü".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR