İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların 79%-i Bayden-Tramp debatını dəstəkləyir

496 21.05.2024 13:08 Dünya A A

Amerika Birləşmiş Ştatları sakinlərinin təxminən 80 faizə yaxını prezident Cozef Baydenlə eks-prezident Donald Tramp arasında üzbəüz debatın keçirilməsi ideyasına tərəfdardır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq sorğuda iştirak edən amerikalıların çoxunun bu fikirdə olması barədə mülahizə Harvard-Harris araşdırma xidmətinin keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən ortaya çıxıb.

Sorğu mayın 15-dən 16-a qədər qeydə alınmış 1660 amerikalı seçici ilə aparılıb. Eyni zamanda, respondentlərin 63%-i hesab edir ki, bu, prezidentliyə namizədlərə prezidentlik yarışı zamanı seçicilərə qərar verməyə kömək edəcək mühüm məlumatları təqdim etməyə imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR