İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı investor: "İqtisadiyyat batır"

748 16.06.2022 14:36 İqtisadiyyat A A

ABŞ investoru Maykl Novograts iqtisadiyyat "sürətli tənəzzüllə" batmağa doğru getdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “MarketWatch” saytına müsahibəsində danışıb.

"İqtisadiyyat çökəcək",-deyə öncə Novoqrats qaranlıq proqnozunu olduqca lakonik şəkildə ifadə edib. "Biz həqiqətən sürətli bir tənəzzülə girmək üzrəyik və siz bunu bir çox cəhətdən görə bilərsiniz",-deyə o, sonradan əlavə edib.

Qeyd edək ki, ABŞ Federal Rezerv Sisteminin rəhbərliyi 0,75 faizlik artımla razılıaşıb. Bu isə FED-in federal fondlar üzrə baza dərəcəsinin 1,5%-dən 1,75%-ə qədər artırılacağı deməkdir.FED-in son qərarı1994-cü ilin noyabrından bəri uçot dərəcəsinin ən yüksək artımı sayılır.

Maykl Novoqratsın daha öncələr ABŞ-ın Mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Rezerv Sisteminin faiz dərəcələrini 75 baza bəndi üzrə yüksəldəcəyi barədə proqnozları bununla doğru çıxmış olub . O, birjadakı səhmlərin yaxın günlərdə satılacağını (əslində dəyərdən düşəcəyini) də təxmin edir.

Novogratz lüks İsveçrə saatlarının və digər bahalı aktivlərin sürətlə artan qiymətlərinə istehza ilə yanaşaraq, deyib: "Onlar sadəcə köpüyü partlatmağa çalışırlar".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR