İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı yaşlı oğlan oynadığı uşağa pnevmatik tapançadan atəş açdı - VİDEO

390 14.07.2023 16:21 Hadisə A A

Rusiyanın Krasnoyarsk şəhərində səkkiz yaşlı uşağın güllə xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə uşaq meydançasında baş verib.

Altı yaşlı oğlan mahiyyətini anlamadan pnevmatik tapança ilə səkkiz yaşlı qıza atəş açıb.

Sağ dizindən güllə yarası alan azyaşlı valideynlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

O, müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Polisin apardığı ilkin araşdırma nəticəsində pnevmatik tapançanın uşaq meydançasına haradan gəlib çıxdığı məlum olub.

Belə ki, silahı hadisə yerinə 13 yaşlı yeniyetmə gətirib. O isə silahı onlayn satış saytından əldə etdiyini bildirib.

Silah və güllələr polis tərəfindən müsadirə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR