İnsanlara hürriyət, millətlərə istiqlal!

Alsu milyonçu ərindən boşanmamış yeni sevgili tapdı

1958 10.07.2024 19:51 Şou-biznes A A

Milyonçu həyat yoldaşı Yan Abramovla boşanma ərəfəsində olan məşhur müğənni Alsu ilə bağlı növbəti iddia yaranıb.

"kp.ru" nəşri Alsunun yeni sevgilisi olduğu ilə bağlı yazı dərc edib.

Mənbədən nəşrə bildirilib ki, "Alsu ilə Yan uzun müddətdir birlikdə yaşamır. Alsunun artıq yeni sevgisi var".

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır. Alsu boşanmaq üçün məhkəməyə müraciət edib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR