İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada maşinistlər kütləvi tətilə başladı: Dəmiryolunda hərəkət iflic olacaq

409 09.01.2024 23:55 Dünya A A

Almaniyada qatar maşinistləri əmək haqqının artırılması tələbi ilə genişmiqyaslı tətilə başlayıb.

Deutsche Bahn konserninin nümayəndəsinin mətbuata verdiyi məlumata görə, tətil yanvarın 12-si axşama qədər davam edəcək. Aksiya Almaniyada dəmir yolu hərəkətini iflic etmək təhlükəsi yaradır.

Bu gün saat 18:00-da yük qatarlarının maşinistləri işlərini dayandırıblar. Gecə saat 02:00-da onlara Deutsche Bahn sərnişin qatarlarını idarə edən həmkarları qoşulacaq. Etiraz aksiyası yanvarın 12-si saat 18:00-a qədər davam edəcək.

Qatar sürücülərinin həmkarlar ittifaqı olan GDL yanvarın 7-də ümummilli tətil elan edib. Buna Deutsche Bahn ilə birlik arasındakı tarif münaqişəsi səbəb olub. Belə ki, GDL tam əmək haqqını saxlamaqla sürücülərin əmək haqqının ayda 555 avro artırılmasını, növbəli işləyən işçilər üçün iş həftəsinin 38 saatdan 35 saata endirilməsini tələb edir. Danışıqlar 2023-cü ilin noyabr ayının əvvəlindən davam edir və nəticə əldə olunmadığına görə lakin dalana dirənib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR