İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN başçısı vizajistə bu qədər pul XƏRCLƏYİB

1204 11.11.2023 14:01 Dünya A A

Alman siyasətçiləri vizajistlərə, stilistlərə, habelə fotoqraflara, masajçılara və fizioterapevtlərə nə qədər xərcləyirlər? Bu məsələ uzun müddətdir ki, sorğu proseduru çərçivəsində “Almaniya üçün alternativ” fraksiyasının (AÜA) deputatları tərəfindən Almaniya hökumətindən soruşularaq qaldırılıb.

Məlumata görə, Almaniyanın “Deutsche Welle” (DW) nəşri siyasətçilərin xarici görünüşünə əsasən, ölkədə “ən çox pul xərcləyən” nazirlərin TOP-3 siyahısını təqdim edib.

Bu siyahıya Almaniya xarici işlər naziri Annalena Berbok başçılıq edir. Bu ilin noyabr ayının əvvəlində yayımlanan məlumata görə, xarici işlər naziri 2023-cü ilin yanvar-oktyabr ayları arasında vizajist xidmətlərinə təxminən 99 min avro, 2022-ci ildə isə ümumilikdə 136.552 avro xərcləyib.

2023-cü ildə xarici görünüşünə ən çox pul xərcləyən nazirlərin siyahısında ikinci yerdə Almaniya kansleri Olaf Şoltsun adı var: bu ilin 10 ayı ərzində stilistlərə və vizajistlərə 23 min avrodan çox pul verilib. Ötən il isə Almaniya kansleri 40 min avro xərcləyib.

Üçüncü yerdə Ailə, qadın, yaşlı vətəndaşlar və gənclər naziri Liza Pausdur. Onun xarici görünüşü vergi ödəyicilərinə təxminən 21 min avroya başa gəlib.

Sözügedən nəşr, görünüşlərinə əhəmiyyətli miqdarda “sərmayə yatırmış” yuxarıda adları əks olunan siyasətçilərlə yanaşı, AÜA və Almaniya hökumətinin uzun-uzadı yazışmalarına səbəb olan Almaniya iqtisadiyyat və iqlimin qorunması naziri Robert Habekin də adını qeyd edir. Bu yazışma, nazirlik çəkiliş üçün fotoqraf axtardığını elan etdikdən sonra “Almaniya üçün alternativ” fraksiyasından olan millət vəkili Ştefan Brandnerin sorğusu nəticəsində başlayıb. Sonra nazirliyə fotoqrafın nə üçün tələb olunduğu barədə sorğuya cavab vermək üçün hökumət 28 səhifəlik cavab hazırlamalı olub.

Bu il iqtisadiyyat naziri görünüşünə qənaət etmək qərarına gəlib: vizajistlərin və bərbərlərin xidmətləri üçün 550 avro ayrılması nəzərdə tutulub, lakin Kristian Lindnerin rəhbərlik etdiyi Maliyyə Nazirliyində vizajistlərin və bərbərlərin xidmətlərinə görə məsrəflər təxminən üç dəfə çoxalıb. Ancaq nəşrin yazdığına görə, mütləq mənada 1833 avro, ölkənin XİN başçısının xərclədikləri ilə müqayisədə çox cüzi məbləğdir.//AZƏRTAC 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR