İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiyanın 4,1 milyard avro pulunu dondurub

420 31.01.2024 12:56 Dünya A A

Almaniya Maliyyə Nazirliyinin dövlət katibi Florian Tonkar bildirib ki, Rusiyanın Almaniyada dondurulmuş aktivlərinin ümumi məbləği 4,1 milyard avro təşkil edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tonkar bura əməliyyatların aparılmasına qadağa qoyulan fiziki şəxslərin və təşkilatların vəsaitləri və iqtisadi aktivlərinin daxil olduğunu deyib.

Dövlət katibi vurğulayıb ki, hansı növ aktivlərə həbs qoyulması barədə məlumat məxfi olaraq qalır. Onun sözlərinə görə, bu məlumat Almaniyanın maraqlarına uyğun olaraq ictimaiyyətə açıqlanmayacaq. Tonkar bu sözləri Bundestaqın deputatı Kristian Qerkenin dondurulmuş Rusiya aktivlərinin məbləği və bu siyahıya hansı aktivlərin daxil olduğu barədə məlumat verilməsi tələbinə cavab olaraq deyib.

AK nümayəndəsi Kristian Viqand daha əvvəl bildirib ki, Avropa Komissiyası Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərinin bu vəsaitlərin istifadə üçün Ukraynaya verilməsindən ötrü açılan xüsusi hesablara köçürülməsi ilə bağlı razılığını alqışlayır. Eyni zamanda o, bu cür əməliyyatların mexanizminin hələ hazırlanmadığını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR