İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri istefa verə bilər

579 02.01.2024 22:19 Dünya A A

Almaniya kansleri Olaf Şolts 2024-cü ilin əvvəlində Almaniyanın Sosial Demokrat Partiyasına inamının azalması fonunda vəzifəsini itirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, təkcə 2023-cü ildə SDP-yə dəstək səviyyəsi 20%-dən 15%-ə düşüb. İddia edilir ki, Şoltsun postunu hazırkı müdafiə naziri Boris Pistorius tuta bilər. Belə ki, ən populyar alman siyasətçilərinin reytinqinə məhz o, başçılıq edirdi.

Şoltsun ​​istefasının səbəbi 2020-ci ildə Wirecard şirkəti ilə həyata keçirilən saxtakarlıq sxemi ilə bağlı qalmaqal ola bilər. O həmin vaxt iqtisadiyyat naziri idi və buna nəzarət etmək onun birbaşa məsuliyyəti idi. Bununla belə, o, həmişə baş verənlərə görə günahını inkar edirdi.

Qeyd edilib ki, bununla yanaşı, alman analitiklər Şoltsun həqiqətən də yaxın gələcəkdə vəzifəsini tərk edəcəyinə şübhə edirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR