İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman deputatdan Qarabağ AÇIQLAMASI 

1684 27.02.2024 15:34 Son xəbər A A

“Təbii ki, insanlıq ölçüləri bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisində yerləşir və heç bir halda Rusiyanın başqa bir ölkənin suveren ərazisində açdığı təcavüzkar müharibə ilə müqayisə oluna bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfirliyində keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker deyib.

Yerli jurnalistlər alman deputata Almaniyanın Qarabağ ermənilərilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi barədə təxribatçı sual ünvanlayıblar.

“Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqın kimidirlər, Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - deyə Vinkelmeyer-Bekker söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR