İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərdən daha bir ŞOK XƏBƏRDARLIQ: Dünya təhlükəli olacaq - SƏBƏB

1036 30.01.2024 15:51 Dünya A A

İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb.

Musavat.com xəbər verir ki, alimlər bununla bağlı xəbərdarlıq ediblər.

"Dünya qalıq yanacaqları yandırmağı dayandırana qədər, bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək. Bu proses dünyanı daha qeyri-sabit və təhlükəli hala gətirəcək",-deyə alimlər bildiriblər. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının bir hissəsi olan İngiltərə, Hollandiya, ABŞ, Almaniya və İsveçrənin universitetlərində çalışan 10 tədqiqatçı Ukrayna, Rusiya, Moldova regionlarını araşdırıb. Tədqiqatçılar həmçinin Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və Qara dəniz ətrafında da araşdırmalar aparıblar.

Noyabrın 28-də Şərqi Avropaya çatan “Bettina” qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.

Qara dənizdə saatda 120 kilometrə çatan qasırğa müşahidə edilib. Fırtına zamanı ən azı 23 nəfər həlak olub. Ölənlərin əksəriyyəti Ukraynada olub. 2,5 milyondan çox insanı əhatə edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR