İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnı üzə çıxdı

1092 27.12.2023 14:01 Son xəbər A A

Rusiyalı müxalifətçi Aleksey Navalnı qaldığı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki cəzaçəkmə koloniyasından ilk məktubunu dərc edib. O, dəstəyə görə hər kəsə təşəkkür edib və yaxşı olduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Navalnı 20 gün davam edən və “olduqca yorucu” olan xüsusi rejimli koloniyaya köçürülməsi ilə bağlı təfərrüatları açıqlayıb.

“Məni şənbə günü axşam (dekabrın 23-ü) gətirdilər və o qədər ehtiyatla, elə qəribə bir marşrutla (Vladimir-Moskva-Çelyabinsk-Yekaterinburq-Kirov-Vorkuta-Xarp) apardılar ki, kimsənin yanvar ayının ortalarına qədər məni tapacağını gözləmirdim. Ona görə də dünən kameraların qapıları “sizin vəkiliniz var” sözləri ilə açılanda çox təəccübləndim”, - deyə Navalnı yazır.

Qeyd edək ki, dekabrın 25-də Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində xüsusi rejimli həbsxanaya göndərildiyi təsdiqlənib. A.Navalnının mətbuat katibi Kira Yarmışın sözlərinə görə, vəkili müvəkkili ilə görüşüb, onun vəziyyəti yaxşıdır.

Navalnının yerləşdiyi Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı “Qütb canavarı” həbsxanasında vaxtilə YUKOS-un ortaq sahiblərindən biri Platon Lebedev, həmçinin ukraynalı rejissor və fəal Oleq Sentsov saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR