İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Novak: “Astara-Rəşt dəmir yolunun tamamlanması barədə razılıq əldə olunub"

399 17.07.2024 11:51 Dünya A A

Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək.

"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, - o vurğulayıb.

A.Novak bildirib ki, layihə çərçivəsində iranlı tərəfdaşlarla bu ölkənin Astara və Rəşt şəhərləri arasında uzunluğu 162 km olan dəmir yolunun çatışmayan hissəsinin tamamlanması barədə razılıq əldə olunub: “Bu, Baltikdən Fars körfəzinə qədər vahid nəqliyyat dəhlizini maneəsiz birləşdirəcək qlobal layihədir”.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR