İnsanlara hürriyət, millətlərə istiqlal!

Al Paçino 29 yaşlı sevgilisindən AYRILDI

1010 07.09.2023 21:28 Şou-biznes A A

Dünya şöhrətli amerikalı aktyor Al Paçino və 29 yaşlı sevgilisi prodüser Nur Alfallah oğulları Roman Alfallah Paçinonun doğulmasından üç ay sonra münasibətlərinə son qoymaq qərarına gəliblər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Nur Alfallah uşağın tam qəyyumluğunu istəyir.

Eyni zamanda, aktyor məktəb seçmək, müalicəyə icazə vermək və din seçiminə təsir göstərməklə oğlu ilə ünsiyyət qura və onun taleyində iştirak edə biləcək.

Bundan əlavə, Nur Alfallah Al Paçinodan aliment almağa hazırlaşır.

Qeyd edilib ki, 83 yaşlı aktyor ildə qazandığı pula görə aylıq məbləğ ödəyəcək.

Qeyd edək ki, Roman Alfallah aktyorun dördüncü övladıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR