İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP-nin İstanbul namizədi kim olacaq? - Ərdoğanın masasında 4 ad var VİDEO

2056 20.12.2023 14:53 Region A A

Türkiyədə bələdiyyə seçkiləri üçün geri sayım davam edərkən, hər kəs hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə kimin namizədliyini irəli sürəcəyi ilə maraqlanır.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sorğularda İstanbul millət vəkili Murat Kurum, Fatih bələdiyyə başçısı Mehmet Ergün Turan, partiyanın sədr müavini və təşkilat rəhbəri Erkan Kandemir və Esenler bələdiyyə başçısı Tevfik Göksunun adları çəkilir.

Nəşrin əldə etdiyi məlumata görə, bu adlar prezident Ərdoğana təqdim edilib.

Qeyd edilib ki, Türkiyə prezidenti bununla bağlı son qərarını verəcək və ayın sonuna kimi namizədi açıqlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR