İnsanlara hürriyət, millətlərə istiqlal!

Akopyan Paşinyanın ittihamlarına cavab verib: “Xəstə adamların dediklərini şərh etmirəm”

970 28.06.2023 14:35 Region A A

“Mən hərbçiyəm “evakuasiya” və buna bənzər sözlər mənim üçün anlaşılmazdır”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan tərəfindən səslənib.

Movses Akopyan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasındakı çıxışında şəxsinə yönəlik ittihamlara bu cür reaksiya göstərib.

Qeyd edək ki, Paşinyan həmin çıxışında Movses Akopyanı qondarma “Artsax Müdafiə Ordusunun” (əslində Ermənistan ordusu-red.)  7-ci müdafiə bölgəsini boşalmaqda  ittiham etmişdi.

"Mən ona qulaq asmadım, onu dinləməyə də boş vaxtım yoxdur",-deyə Akopyan bildirib.

Paşinyanın Movses Akopyanın müharibə zamanı komandanlıq məntəqəsində olmağa haqqının olmaması ilə bağlı digər bəyanatına toxunan Akopyan belə cavab verib: “Yaşasın Nikol Paşinyan. Mən xəstə insanların sözlərinə şərh vermirəm. Kim onu dinləyirsə, öz fikrini formalaşdırsın. Mənim üçün bu kateqoriyadan olan insanların rəyi sıfır dəyərə malikdir”.

Qeyd edək ki, bu gün 44 günlük müharibənin şəraitini öyrənmək üzrə istintaq komissiyasının iclasında baş nazir Nikol Paşinyan bunları demişdi:

“Oktyabrın 3-də “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun 7-ci müdafiə bölgəsinin boşaldılması barədə qərar qəbul edildiyi barədə məlumat daxil oldu. Mən dərhal Dağlıq Qarabağdakı həmkarlarımla əlaqə saxladım və soruşdum ki, belə bir həll yolu nə dərəcədə doğrudur?

Mən Araik Arutunyanla, sonra “Müdafiə Ordusu”nun “komandanı” ilə danışdım. Müzakirə nəticəsində mənə dedilər ki, bu qərar ciddi təhlil nəticəsində qəbul edilib. Soruşdum: bu analizi kim edib? Mənə dedilər ki, Movses Qrantoviç (Movses Akopyan) belə bir tövsiyə verib. Dedim ki, bir dəqiqə, Movses Akopyanın orda nə işi var? Onun iş yeri orada deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR