İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı namizədliyini verdi

809 16.07.2024 17:27 Siyasət A A

Azad Vətən Partiyası Akif Nağının namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.

Bu barədə Musavat.com-a Azad Vətən Partiyasının Mətbuat xidmətindən bildirilib. 

"30 il ərzində Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etdiyimə görə namizədliyimin Qarabağın bir hissəsindən verilməsi həm də simvolik məna daşıyır", - Akif Nağı qeyd edib.

Partiyanın seçki qərargahından bildiriblər ki, bu günə qədər Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb.

Namizədlərin irəli sürülməsi prosesi davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR