İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz?”

942 25.06.2024 15:58 Gündəm A A

Əməkdar artist Mehriban Xanlarova ailəsini qətlə etməkdə ittiham olunan Əhməd Əhmədovun xalasına qəzəblənib.

Bununla bağlı o, instaqramda paylaşım edib.

Aktrisa bacısı oğlunun hüquqi varisi olmaq istəyən qadının videosunu paylaşaraq bunları yazıb:

"Siz nə danışdığınızın fərqindəsiniz? Sizin bacınız oğlu Əhməd, öz ailəsini vəhşicəsinə qətlə yetirib! Bunun heç cür müdafiə olunası tərəfi yoxdur! Hansı vicdanla bacınızı və onun ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz? Çox gözəl başa düşürük ki, qəyyumluğa götürmək məqsədinin altında nələr yatır... Barmağını qırmaq məsələsinə gəldikdə isə kim edibsə, əcəb edib! Bəlkə düşünürdünüz ki, ailəsini və iki azyaşlı körpəni öldürən canini gül-çiçəklə qarşılayacaqlar?!"/olay.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR