İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də siqnallar: Korrupsiya qalmaqalı Ukraynanın üzvlüyünü təhlükəyə atır

450 13.11.2025 17:22 Dünya A A

İtaliyanın nüfuzlu "La Repubblica" qəzeti yazır ki, son günlər Ukrayna energetika sektorunda baş verən korrupsiya qalmaqalı Avropa İttifaqında ciddi narahatlıq yaradıb və Kiyevin Aİ-yə inteqrasiya prosesinə mənfi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, Aİ Şurasının Ukraynaya qarşıdakı iki il üçün nəzərdə tutulan maliyyə paketinin müzakirə olunduğu iclasda bir neçə üzv ölkənin maliyyə nazirləri bu işi dəfələrlə xatırladıb və korrupsiya risklərinin maliyyələşmə mexanizmlərinə təsirini qabardıb.

"La Repubblica" qeyd edir ki, Ukraynanın dəstəklənməsi məsələsində əvvəldən mövcud olan hüquqi çətinliklər, xüsusən də dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı prosedurlar kifayət qədər mürəkkəb idi. İndi isə bu çətinliklərə korrupsiya şübhələri əlavə olunub.

Qəzet yazır:

“Dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair hüquqi maneələr indi daha da ağırlaşıb — çünki bütün Avropa paytaxtlarında həmin vəsaitlərin necə xərclənəcəyi ilə bağlı narahatlıq artır".

Diplomatların fikrincə, Ukraynanın daxili şəffaflıq və korrupsiyaya qarşı mübarizə göstəriciləri Aİ-yə üzvlük prosesinin ən önəmli şərtlərindən biridir. Mövcud qalmaqal isə bəzi ölkələrə Kiyevə qarşı əlavə siyasi tələblər irəli sürmək imkanı yaradır.

Eyni zamanda bəzi Aİ rəsmiləri hesab edir ki, bu hadisə Ukraynaya təzyiq vasitəsi kimi istifadə olunacaq və Kiyevin reformalara sadiqliyi daha sərt testdən keçiriləcək.

Brüsseldə aparılan müzakirələr göstərir ki, Ukraynanın üzvlük yolu açıq qalır, lakin korrupsiya ilə mübarizədə real və sürətli nəticələr Brüsselin gələcək qərarları üçün həlledici olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR