İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-95 niyə bahalaşır?

2285 11.07.2022 13:16 İqtisadiyyat A A

Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşacağına dair məlumat yayılmaqdadır. Bu məhsulun ölkəmizdə istehsal olunmadığını, hazırda dünya neft və neft məhsulları bazarında gedən prosesləri nəzərə alsaq, gözlənilməz olmayacağını söyləyə bilərik. Belə ki, bu benzinin idxal qiymətlərinə təsir göstərən ən böyük faktor təbii olaraq, neft bazarındakı vəziyyətdir. Hansı ki, dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124 faiz, ötən 1 ildə isə 68 faiz artıb.

Ukraynaya hücum edən Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkənin neft və neft məhsullarının ixracında yaranan problemlər bütün dünyada benzin qiymətlərinin daha kəskin artmasını şərtləndirib. Hazırda dünyada Aİ-95 markalı benzinin 1 litrinin orta satış qiyməti 1,47 dollara bərabərdir. Bu zaman Gürcüstanda bu qiymət 1,348 dollar, Ermənistanda 1,274 dollar, Türkiyədə 1,506 dollar,  Rusiyada isə 0,962 dollar təşkil edir. Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7 faiz artaraq 1,33 dollar yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 Norveç və Böyük Britaniyada Aİ-95 benzininin satış qiyməti müvafiq olaraq 22,7 faiz və 25,3 faiz artıb.

Azərbaycanda benzin Türkiyə və Ermənistandan baha oldu – Avropa ölkələrinin  TAM SİYAHISI » Anews.az Azərbaycan xəbər portalı

Türkiyədə 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8 faiz, Gürcüstanda 34,8 faiz,  Qazaxıstanda 10 faiz, Türkiyədə isə 51,7 faiz artıb.

Yəni artım bütün dünyada müşahidə olunur. Biz bu benzinin alıcısı olduğumuz üçün, neft istehsalçısı ölkə olmağımıza rəğmən, daxili bazarda qiymətlərə dünya qiymətlərinin təsiri çox böyükdür, daha doğrusu, həlledicidir. Məsələn, 2020-ci ilin fevral-may ayları arasında Aİ-95 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1,50 manatdan 1,10 manata enmişdi, çünki dünya bazarında qiymətlər düşmüşdü. Hazırda isə Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2,5 dəfə aşağıdır. Hazırkı qiymət  - 1 litr üçün 1,6 manat səviyyəsi 2021-ci ilin sentyabr ayından dəyişməz qalıb. Halbuki o vaxtdan dünya bazarında neftin qiyməti 65 faiz artıb. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7 faiz və ya cəmi 10 qəpik yuxarıdır.

Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır | ENA.az

Rəsmi statistikaya əsasən yanvar-aprel aylarında Azərbaycan 29 milyon 120,83 min dollar dəyərində 29 min 980,66 ton Aİ-95 idxal edib. Bunun 9 min 403,55 tonu (8 milyon 623,37 min dollar dəyərlə) Rusiyadan, 4 min 944,58 tonu(4 milyon 153,73 min dollar) Türkmənistandan, 8 min 919,17 tonu(10  milyon 365,18 min dollar) Bolqarıstandan, 6 min 713,35 tonu(5 milyon 978,55 min dollar) Rumıniyadan alınıb. 

2021-ci il ərzində 147 min 412,23 ton Aİ-95 almışıq və buna 111 milyon 106,15 min dollar xərcimiz çıxıb. Beləliklə, aldığımız benzinin 1 tonu üstümüzə 753,7 dollara(1 litri 0,58 sentə) oturub.  2022-ci ilin 4 ayında isə aldığımız məhsulun 1 tonu 971,3  dollara(0,75 sentə) başa gəlib. Bu isə 29 faiz bahalaşma deməkdir. Bir litr benzinin idxal qiyməti 1,27 manata başa gəlir. Daşıma, logistika və digər xərcləri nəzərə aldıqda, bu məhsulun pərakəndə satışından gəlir əldə olunmadığı, əksinə, idxalçıların zərərə düşdüyünü söyləmək olar.

Ölkələr üzrə götürdükdə, bu ilin 4 ayında Rusiyadan alınan benzinin 1 tonu 917 dollara, Türkmənistandan alınan 840 dollara, Bolqarıstandan alınan 1162,1 dollara, Rumıniyadan alınan isə 890,5 dollara alınıb. Maraqlıdır ki, ötən il ərzində Aİ-95  Kiprdən, Yunanıstandan, Türkiyədən, İrandan, Rumıniyadan, Türkmənistandan, Rusiyadan  alınıb. Bu il isə kifayət qədər baha qiymətə Bolqarıstandan alışlar artıb.

OPEC Azərbaycanda 2022-ci il üzrə neft hasilatı ilə bağlı proqnozunu  açıqladı

Qeyd edək ki, paradoksal olsa da, Azərbaycanda əsas istehlak olunan benzinin Aİ-92 olması enerjidaşıyıcıları bazarındakı xaos şəraitində müsbət amil kimi çıxış edir. Belə ki, hazırda ölkədə istehlak olunan benzinin 91 faizi Aİ-92-nin, 8,8 faizi Aİ-95-in, 0,2 faizi isə Aİ-98-in payına düşür. Ümumilikdə ölkə üzrə yanacaq istehlakının 9 faizini Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Bu markalı benzinlərin əsasən bahalı maşınlarda istifadə olunması şəraitində onların bahalaşmasından əhalinin aztəminatlı hissəsinin təsirlənməyəcəyi aydın olur.

Məlumat üçün bildirək ki, Aİ-92 markalı benzin və dizel yanacağı ölkə daxilində istehsal olunduğu üçün, bu növ yancaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir. Dövlət Statistika Komitəsinin məlumatına əsasə  bu ilin yanvar-may alarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1365,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə ymüqayisədə 18,4 faiz azalıb. Bu dövrdə yanacaq mazutunun istehsalı 2.5 dəfə, neft bitumunun istehsalı 40,3 faiz artıb, avtomobil benzininin istehsalı 19,2 faiz, sürtkü yağlarının istehsalı 25,3 faiz, dizel yanacağının istehsalı 33,4 faiz, neftkimya sənayesində istifadə üçün benzin istehsalı 36,7 faiz, neft koksunun istehsalı isə 44,8 faiz azalıb. Yəni 5 ayda 386,8 min ton və ya əvvəlki ilin eyn dövrü ilə müqayisədə 19,2 faiz az avtomobil benzini, 677,0 min ton  və ya 33,4 faiz az dizel yanacağı, 61,4 min ton və yaz 2,5 dəfə çox yanacaq mazutu istehsal olunub. İstehsaldakı azalma Heydər Əliyev adına Neft Emalı Zavodundakı yenidənqurma və cari təmir səbəbilə mart-may aylarında istehsalın dayandırılması ilə bağlıdır. Həmin dövr üçün Aİ-92 benzini xaricdən idxal olunduğuna görə hökumət idxal rüsumlarını sıfırlamaqla daxildə qiymət artımının qarşısını aldı.

Dünya bazarında neft bahalaşır - 118 dollar

Rəsmi məlumata əsasən bu ildən etibarən modernləşən NEZ-də Avro-5 standartına uyğun dizel yanacağının istehsalına başlanacaq. Dünya bazarındakı bahalaşma bu yanacaq növündən də yan keçməyib. Hazırda dünyada dizelin orta satış qiyməti 1 litr üçün 1,43 dollar  təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti(0,47 sent) dünya ortalamasından 3,04 dəfə aşağıdır. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 faiz, Rusiyadan 102 faiz, Gürcüstandan 236 faiz, Türkiyədən isə 238 faiz ucuzdur.

2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb. Azərbaycanda isə qiymətlər dəyişməz qalıb.

2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4 faiz, Türkiyədə 57,8 faiz Gürcüstanda 59,8 faiz, Rusiyada isə təqribən 70 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR