İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır xəstə olan Selin Dion 3 aydan sonra ilk dəfə -Fotolar

747 05.02.2024 16:51 Şou-biznes A A

Dünyaca məşhur kanadalı müğənni Selin Dion səhhətində yaranan problemlər fonunda üç aydan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, ifaçı Los-Ancelesdə keçirilən 66-cı "Qremmi" mükafatlandırma gecəsinə qatılıb.

Qeyd edək ki, müğənniyə 2022-ci ildə sərt əzələ sindromu qoyulub. Bu diaqnoz milyonda bir adamda rast gəlinir. Onun bacısı Klodetin sözlərinə görə, Selin ağrılı spazmlardan əziyyət çəkir və buna görə də hərəkətlərinə nəzarət etmir. O, 2024-cü ilin aprelinə qədər bütün çıxışlarını ləğv edib.

Xatırladaq ki, 55 yaşlı Selin Dion ilk dəfə 27 il əvvəl "İlin albomu" kateqoriyasında qalib olduğu üçün sözügedən müsabiqədə səhnəyə çıxmışdı. O, beş dəfə "Qremmi" mükafatı laureatı olub. İfaçı ilk qrammofonunu 1992-ci ildə alıb və 16 dəfə mükafata namizəd ola bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR