İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda əmək yarmarkası keçiriləcək

751 31.03.2026 18:18 Sosial A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.

Musavat.com xəbər verir ki, aktiv məşğulluq tədbiri 3 aprel 2026-cı il tarixində, saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki  inzibati binasında keçiriləcək.

Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR