İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyanın daha bir adamı saxlanıldı - Aprel döyüşlərində...

703 02.07.2026 20:30 Ölkə A A

Ermənistanda müxalifətə yaxın şəxslərə qarşı aparılan əməliyyatlar davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları polkovnik Edik Maloyanın yaşadığı evdə axtarış aparıb, daha sonra isə onu saxlayıblar.

Hazırda rəsmi qurumlar axtarışın hansı cinayət işi çərçivəsində keçirildiyi və polkovnikin hansı əsasla saxlanıldığı barədə məlumat verməyiblər.

Erməni mediası Edik Maloyan son parlament seçkiləri zamanı hakimiyyətin əsas rəqiblərindən olan, Rusiyaya yaxın mövqeyi ilə tanınan iş adamı Samvel Karapetyanı dəstəklədiyini yazıb. Maloyan Ermənistan Silahlı Qüvvələrinin tanınmış zabitlərindən biri hesab olunur. O, 2016-cı ilin Aprel döyüşlərində batalyon komandiri kimi iştirak edib və döyüşlər zamanı göstərdiyi "xidmətə" (? -red.) görə "Döyüş Xaçı" I dərəcəli ordeni ilə təltif olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR