İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədi sakinləri Şəkidə qəzaya düşüb

642 11.09.2022 20:49 Hadisə A A

Ağcabədi rayon sakinləri Şəkidə yol qəzasına düşüblər.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.

Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı sürücü Z.Əliyev xəsarət almasa da, onun sərnişini - 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Pənah Əfqan oğlu Alıyev aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR