İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Ukraynaya 1,15 milyard dollar ÇATDIRIB

372 11.10.2023 19:38 Siyasət A A

ABŞ Dünya Bankı vasitəsilə Ukrayna büdcəsinin xərclərini maliyyələşdirmək üçün Kiyevə 1,15 milyard dollar çatdırıb.

Musavat.com xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin yaydığı məlumata görə, vəsait Dünya Bankının trast fondu vasitəsilə əldə edilib:

“Bu gün, oktyabrın 11-də Ukraynanın dövlət büdcəsi Dünya Bankının donor trast fondu vasitəsilə Amerika Birləşmiş Ştatlarından 1,15 milyard dollar məbləğində qrant alıb”.

Vəsaitlər Dünya Bankının “Ukraynada Davamlı İdarəetmə üçün Dövlət Xərclərinin Dəstəklənməsi” layihəsi çərçivəsində beşinci əlavə maliyyələşdirmənin bir hissəsidir.

Layihənin məqsədi dövlət büdcəsi xərclərinin qismən ödənilməsidir. Nazirliyin məlumatına görə, vəsait təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı olmayan sosial və humanitar xərcləri maliyyələşdirmək üçün istifadə olunur.

Nazirlik onu da qeyd edib ki, bu il Ukrayna artıq ABŞ-dan qrant şəklində 10,9 milyard dollar birbaşa büdcə dəstəyi alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR