İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaq

4139 01.08.2023 13:24 İdman A A

Azərbaycanda ilk dəfə keçiriləcək II Liqanın iştirakçılarının sayı dəyişdiriləcək.

Federasiyadan verilən məlumata görə, yarışa qatılacaq komandaların sayı 12-dən 14-ə çatdırılacaq.

Bununla bağlı İcraiyyə Komitəsi (İK) qərar verəcək və onun növbəti toplantısı qarşıdakı günlərdə baş tutacaq.

Dəyişikliyə səbəb AFFA-ya çoxsaylı müraciətlərin daxil olmasıdır.

Ötən mövsüm Region Liqasının finalında oynamış “Çinar” (Zəngilan), həmçinin “Göyəzən” kimi region komandaları II Liqada mübarizə aparmaq istədiklərini bildirib.

Sportinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR