İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA bu klubun da ölkə çempionatında iştirakına İCAZƏ VERDİ

1778 11.05.2023 17:20 İdman A A

Növbəti mövsüm I Divizionda debüt edəcək daha bir klubun adına böyük ölçüdə aydınlıq gəlib.

Son 2 ildə Region Liqasının sıralarında yer almış «İrəvan»ı bu yaydan etibarən birinci dəstə mənsubları arasında görəcəyik.

Qərbi Azərbaycanın paytaxtınıın eyniadlı təmsilçisinin bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına ünvanladığı müraciət müsbət cavablandırılıb.

Daha öncə «Karvan»ın I Diviziona buraxılması haqda xəbər yayılıb. Bu, Şahmar Vəliyevin yenidən futbol sektoruna qayıtması sayəsindədir.

Azərbaycanla yanaşı, bir neçə xarici ölkədə böyük biznes şəbəkəsi olan tanınmış iş adamı Yevlax təmsilçisini himayəsinə götürüb.

AFFA bir neçə ildir Region Liqasında qüvvəsini sınayan klubun peşəkar statuslu yarışda iştirakına razılıq verib. Aran təmsilçisinin I Divizionun 4 debütantından biri olacağı artıq dəqiqdir.

Şahmar Vəliyev «Karvan»ın yaradıcılarından biridir. Adıçəkilən klub 2004-cü ildə məhz onun yaxından köməyi və iştirakıyla ortalığa çıxıb.

Yevlaxda baza və stadionun tikilməsinə böyük vəsait ayırıb. O, ümumilikdə 7-8 il «Karvan»a rəhbərlik edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR