İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızı səhhətindən danışdı - VİDEO

1622 05.02.2024 19:24 Şou-biznes A A

Xalq artisti Afaq Bəşirqızının yeni görüntüsü müzakirələrə səbəb olub. 

Musavat.com axşam.az-a istinadən bildirir ki, toy məclislərinin birində lentə alınan videoda aktrisanın rəqs etməsi əks olunub. 

A.Bəşirqızının yeriməkdə çətinlik çəkməsi diqqətdən qaçmayıb. O, ətrafdakıların köməkliyi ilə ayağa qalxıb. Sosial şəbəkədə onun səhhətində problem olması müzakirə yaradıb. 

Aktrisa Axşam.az-a açıqlamasında ona səhhəti ilə bağlı ünvanlanan sualları cavablandırıb. O bildirib ki, səhhəti qaydasındadır:

"Hər şey yaxşıdır, heç bir problem yoxdur. Özümü çox yaxşı hiss edirəm, əlayam".

Qeyd edək ki, aktrisa bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini və əməliyyat olunduğunu açıqlamışdı. A.Bəşirqızı buna görə uzun illər səhnədən uzaq qalıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR