İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Oktar həbsxanada da rahat durmadı - Qadın vəkillərlə... VİDEO

9136 29.02.2024 13:51 Region A A

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Oktar Ərzurum Dumlu Qapalı Həbsxanasından Van Başkale Qapalı Həbsxanasına köçürülüb.

Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək vəkillər vasitəsilə təşkilat yaşatmağa çalışıb.

Bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.

Onun həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR