İnsanlara hürriyət, millətlərə istiqlal!

Acun Ilıcalıdan Adnan Oktarla bağlı ŞOK ETİRAF

1176 21.12.2023 15:08 Region A A

Türkiyəli iş adamı Acun Ilıcalı Adnan Oktar təriqəti ilə əlaqələri barədə Ənvər Aysevərin "Youtube" kanalına açıqlamalar verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 2018-ci ildə cinayət təşkilatı yaratmaq ittihamı ilə 8658 il həbs cəzası alan Adnan Oktarın arxivi üzə çıxıb.

Belə ki, o, qatıldığı bir proqramda Acun Ilıcalının yaxın dostlarından Esat Yontunç üçün "10-15 illik tələbəm" ifadəsini işlədib.

Adnan Oktarla eyni kadrda görüntülənən Acun Ilıcalıdan aylar sonra cavab gəlib.

Belə ki, şoumen 19-20 yaşlarında Adnan Oktarın yanında olduğunu etiraf edib.

Eyni zamanda o, sərvətinin Adnan Oktardan gəldiyinə dair iddialara cavab verib:

"19-20 yaşım var idi. Adnan hoca ilə anam rəhmətə gedəndən sonra 1,5-2 il görüşdüm. Sonra onları tərk etdim”. 

aaa.jpg (40 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR