İnsanlara hürriyət, millətlərə istiqlal!

Acun Ilıcalı "Survivor"un bir mövsümünün qiymətini AÇIQLADI

2390 30.12.2023 20:18 Şou-biznes A A

Türkiyəli iş adamı Acun Ilıcalı Cüneyt Özdəmirin qonağı olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, aparıcının Adnan Oktar, FETÖ və səs verdiyi partiya ilə bağlı suallarını cavablandırıb.

Acun Ilıcalı "Maddi cəhətdən bu nöqtəyə gəlməyimdə prezidentimizin heç bir rolu olmayıb" açıqlaması ilə diqqət çəkib.

Eyni zamanda, o, yanvarın 1-dən başlayacaq "Survivor"dan danışıb və bir mövsümün xərcini açıqlayıb:

"Survivor"un bir sezonu 12-13 milyon dollara başa gəlir, bunu etmək üçün müddət bir az daha uzun olmalıdır".

İş adamı Dominikan prezidenti ilə yaxın münasibətindən də danışıb:

"Dominikan prezidenti ilə yaxın münasibətimiz var. Dominikanlılar ölkəyə verdiyimiz töhfələrdən xəbərdardılar. Bizi yaxşı qarşılayırlar".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR