Musavat.com xəbər verir ki, Yakutskda çəkilən görüntülər Rusiyada geniş müzakirəyə səbəb olub.
Kadrlar şəhər sakinlərinin soyuq havada yerə səpələnmiş ət parçalarını toplamaq üçün uzun növbələr yaratdığını göstərir.
Şahidlərin sözlərinə görə, insanlar saatlarla sırada dayanaraq yerə atılmış ət üçün mübarizə aparıblar. Sosial şəbəkələrdə isə bu mənzərə “Rusiya regionlarının yoxsulluğunun real portreti” kimi dəyərləndirilib.
Ən diqqətçəkən məqam: hadisə Rusiyanın ən zəngin bölgələrindən biri — almaz ehtiyatlarının 80%-dən çoxunun, eləcə də qızıl, uran və onlarla digər nadir elementin hasil olunduğu Yakutiyada baş verib.
Təbii sərvətlərlə zəngin olan regionda insanların bu vəziyyətə düşməsi Yakutiyada dərinləşən sosial-iqtisadi böhranın göstəricisi kimi qiymətləndirilir.
Musavat.com






