İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda DƏHŞƏT - 35 yaşlı kişini bıçaqlayıb öldürdülər

990 11.06.2023 09:30 Kriminal A A

Mehdiabadda 35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Musavat.com-a Abşeron rayon prokurorluğundan bildirilib.

İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR