İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yəmənə yeni zərbələr endirdi

440 03.02.2024 23:11 Dünya A A

ABŞ ordusu cümə günü Yəmən ərazisi istiqamətində yeni zərbələr endirib. Hücumun hədəfi "Ənsar Allah" hərəkatının husi üsyançılarının dörd pilotsuz uçuş aparatı olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"ABŞ ordusu husilərin nəzarətində olan ərazilərdə dronları aşkar edərək, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə yaratdığını müəyyən edib. ABŞ Silahlı Qüvvələri zərbə endirib və özünümüdafiə məqsədilə PUA-nı məhv edib", - deyə CENTCOM qeyd edib.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR