İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərdi

825 14.01.2026 22:36 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərq regionuna əlavə hərbi qüvvələr yerləşdirib. Pentaqonun məlumatına görə, bölgəyə üç raket esminesi və ən azı bir raketlə silahlanmış sualtı qayıq göndərilib. Bu barədə The New York Times nəşri yazıb.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi zərbə imkanları məhduddur. Buna səbəb ABŞ-ın əsas aviadaşıyıcılarından olan “Gerald R. Ford”un ötən payızda regionu tərk etməsi və hazırda Karib dənizində yerləşməsidir.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da xəbəri təsdiqləyib. Bildirilib ki, idarəolunan raketlərlə təchiz edilmiş “Arleigh Burke” sinifli “USS Roosevelt” esminesi Fars körfəzinə göndərilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR