İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaponiyada təlim uçuşu zamanı PUA-sını itirdi

348 09.12.2023 01:06 Dünya A A

ABŞ-yə məxsus hərbi pilotsuz uçan aparat (PUA) Yaponiyada təlim uçuşu zamanı itib.

Bu barədə Yaponiya telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“ABŞ hərbi pilotsuz uçan aparatı poliqonda təlim zamanı yoxa çıxıb”,- deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, üç metrlik PUA Şizuoka prefekturasında məşhur Fuci vulkanı yaxınlığındakı Hiqasi-Fuci poliqonunda yoxa çıxıb.

“Hazırda hadisə nəticəsində dəymiş ziyanla bağlı məlumat yoxdur”, - materialda deyilir.

Yaponiya Müdafiə Nazirliyinində cihazın güclü külək səbəbindən sınaq meydançasından kənara getməsini ehtimal edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR