İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalandı: Nələr var?

701 13.06.2024 22:29 Dünya A A

ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişini imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik sənədin mətnindən sitat gətirir: “Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi baxırlar.

Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir”.

Sənəddə qeyd edilir ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR