İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran arasındakı atəşkəslə bağlı VACİB AÇIQLAMA

1025 15.04.2026 14:21 Dünya A A

ABŞ və İran arasında əldə olunmuş atəşkəs rejiminin müddəti daha 2 həftə uzadıla bilər.

Musavat.com "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, regional rəsmilər vasitəçilərin diplomatik danışıqlara daha bir şans vermək üçün aprelin 22-də başa çatacaq atəşkəsi ən azı iki həftə artırmağa çalışdıqlarını bildiriblər.

Mənbələrin verdiyi məlumata görə, hər iki tərəf atəşkəsin uzadılması ilə bağlı "prinsipial razılıq" verib.

Hazırda vasitəçilər tərəflər arasında gərginliyə səbəb olan üç əsas mübahisəli məsələ üzərində kompromis variant hazırlayırlar.

Qeyd olunur ki, danışıqlar masasında olan əsas mövzulara nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və dəymiş ziyana görə təzminat ödənilməsi daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR