İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ermənistanın hərbi təlimindən SON GÖRÜNTÜLƏR - Rusiya BU ADDIMI atacaq

1659 12.09.2023 12:26 Gündəm A A

Rusiyanın sərt reaksiya verdiyi və bunu dərindən araşdıracaqlarını açıqladığı "Eagle Partner 2023" təlimi Ermənistanın Zar və Armavir təlim mərkəzi bazalarında başlayıb.

Musavat.com xəbər verir ki, Ermənistan və ABŞ-ın birgə təşkil etdiyi təlimin 9 gün davam edəcəyi bildirilir.

Təlimin məqsədinin Ermənistan qüvvələrini beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaq olduğu bildirilib.

Sözügedən təlimin Moskva rəhbərliyi tərəfindən yaxından izləniləcəyi qeyd edilib.

İrəvan yaxınlığındakı Zar və Armavir təlim mərkəzi bazasında dünən başlayan "Eagle Partner 2023" təlimində 85 ABŞ və 175 Ermənistan əsgəri iştirak edir. ABŞ polkovniki Martin O'Donnell bildirib ki, təlimlər iki ölkənin əsgərləri üçün sülhməramlı əməliyyatlar çərçivəsində taktiki səviyyədə yeni əlaqələr qurmaqla qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün fürsətdir.

Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-la birgə təşkil edilən "Eagle Partner 2023" təliminin 9 gün davam edəcəyi və sentyabrın 20-də başa çatacağı bildirilib. 

Ermənistanın ABŞ-la birgə keçirdiyi təlimlər Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya tərəfi bu təlimi dərindən araşdıracaqlarını və vəziyyəti izləyəcəklərini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Ermənistan təlimi ilə bağlı açıqlamasında "Ermənistanın hansı məqsədlər güddüyünü anlamaq lazımdır və bunu araşdıracağıq. Moskva İrəvanın yaxın tərəfdaşı olub və bundan sonra da olacaq. Problemlər ola bilər, ancaq bu məsələnin dialoq çərçivəsində həll edilməsi lazımdır",-deyə bildirib.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR