İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ticarət kəsirini azaldır: İllik 20 faiz

360 07.11.2023 22:00 Dünya A A

Yanvar-sentyabr aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Eyni zamanda, ixrac 1 faiz artıb, idxal isə 4,2 faiz azalıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın xarici ticarət kəsiri sentyabrda əvvəlki ayla müqayisədə 4,8 faiz artaraq 61,5 milyard dollar təşkil edib. Yenidən işlənmiş məlumatlara görə, avqustda mənfi ticarət saldosu əvvəl elan edildiyi kimi, 58,3 milyard dollar deyil, 58,7 milyard dollar təşkil edib.

“Trading Economics” analitikləri sentyabrda ABŞ xarici ticarət defisitinin bu 59,9 milyard dollara çatacağını , yəni əvvəllər elan edilmiş avqust səviyyəsinə nisbətən 2,7 faiz artacağını proqnozlaşdırmışdılar.

Sentyabr ayında ixrac 2,2 faiz artaraq 261,1 milyard dollara çatıb ki, bu da 2022-ci ilin avqustundan bəri ən yüksək göstəricidir. Bu, neft və neft məhsulları, soya və qarğıdalı artması imkan yaradıb. İdxal isə 2,7 faiz artaraq 322,7 milyard dollara çatıb ki, bu da son yeddi ayın ən yüksək səviyyəsidir. Bu artım mobil telefonlar, avtomobillər, kompüter aksesuarları və mülki təyyarələrin alışının artması ilə əlaqədardır.

Sentyabrda ABŞ-ın əmtəə ticarəti kəsiri 1,7 milyard dollar artaraq 86,3 milyard dollara, xidmətlər profisiti isə 1,2 milyard dollar azalaraq 24,8 milyard dollara düşüb.

Vaşinqtonun ən böyük rəqibi Çinlə ticarət kəsiri 24,1 milyard dollar, Avropa İttifaqı ilə 16,8 milyard dollar, Yaponiya ilə 6,9 milyard dollar, Hindistanla 3,9 milyard dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR