İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tarixində İLK DƏFƏ - Məhbus bu üsulla edam ediləcək

741 11.01.2024 14:03 Dünya A A

ABŞ-da tarixdə ilk dəfə olaraq azotdan istifadə edilərək məhbusun edamına icazə verilib.

Musavat.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Alabama məhkəməsinin qərarına görə, yanvarın 25-də həyata keçiriləcək prosesdə 58 yaşlı Kennet Yudjin Smit bu şəkildə edam ediləcək.

O, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib.

Qeyd edək ki, bu edam növündə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, o, oksigendən məhrum edilir.

Məlumata görə, azot hipoksiyası ilə edam üç ştatda - Alabama, Oklahoma və Missisipidə qanunidir, lakin heç vaxt istifadə olunmayıb. Alabama rəsmiləri 2018-ci ildə bu edam üsuluna icazə verib. Yeni metodun tərəfdarları onun ağrısız olacağını düşünürlər.

ABŞ-da ölüm cəzası, ilk növbədə, öldürücü dozalardan istifadə etməklə həyata keçirilir. Lakin Avropa Birliyinin əczaçılıq şirkətlərinə bu cür dərmanların həbsxanalara satışını qadağan edən qərarına görə bəzi ştatların bu dərmanlara çıxışı məhduddur. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR